SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış teleaparıcı Elçin Əlibəylinin özünün "El bizim, sirr bizim" verilişində Maral Tahirqızını təhqir edərək qovması narazılıqla qarşılanıb. Bu hərəkətinə görə Əlibəylini tənqid edənlər arasında əməkdar artist Lalə Məmmədova da var. 

BAKU.WS
-in məlumatına görə, Maral Tahirqızının müdafiəsinə qalxan Məmmədova jurnalist Azər Qismətin mövzu ilə bağlı "Elçin Əlibəylinin təhqiri mənə Maral Tahirqızını sevdirdi" məqaləsini paylaşaraq bunları yazıb: 

"Son günlər efir məkanında baş verənlər onsuz da ürəkaçan deyil. İndi işıqlandıracağım mövzu son damla oldu. Biz ata-babadan görmüşük ki, kimliyindən asılı olmayaraq qonağa hörmətlə yanaşarlar. Ancaq kim olursa olsun, çağırdığın qonağı təhqir etmək, verilişdən qovmaq, aşağılamaq nəinki olmaz, hətta deyərdim heç bir kişiyə yaraşmaz. Hələ bir qonaq qadındırsa. Uca Yaradan hamımızı insan olaraq yaratdısa da, verdiyi pay eyni olmadı. Zəka, ağıl, düşüncə, istedad təəssüf ki, hamımıza eyni miqdarda paylanmadı. Buna görə kimsə kimsədən özünü yuxarı-aşağı saymasın! Güclü olan qarşısındakı zəifə gücünü göstərməklə özünü qəhrəman saymasın! Düşüncələrimi nə gözəl ki, jurnalist dostumuz Azər Qismət qələmə alıb. Əsl ziyalı tənqidi! İstədim siz də oxuyasız".

Zülfiyyə Qurbanova
BAKU.WS