SİZİN REKLAM BURADA!
055 213 76 73



Top model Gigi Hadiddən ayrılan məşhur müğənni Zeyn Malik imicində köklü şəkildə dəyişib.


BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı ifaçı saçlarını sarı rəngə boyatdırıb.

Yeni görünüşdə olan şəkillərini İnstaqram hesabında yerləşdirən Zeyni izləyicilərin bir hissəsi yeni imicdə bəyənsələr də, digərləri qara saçın ona daha çox yaraşdığını yazıblar.

Nəzərinizə çatdıraq ki, 2 ildir sevgili olan Gigi ilə Malik ötən həftə ayrılıblar. Zeyn hətta sevgilisinin üzünü görməmək üçün dəbdəbəli evini satışa çıxarıb. 

Rəşad Əliyev
BAKU.WS