Vətənini tərk edib Rusiyanın paytaxtı Moskvaya köç edən populyar müğənni Rəqsanə İsmayılova sosial şəbəkədəki paylaşımı ilə gündəmə gəlib.


BAKU.WS xəbər verir ki, Rəqsanə xalq artisti Könül Xasıyeva ilə Domodedovo aeroportunda lentə aldığı fotosunu instagram hesabında izləyiciləri bölüşüb. Məlumata görə hər iki məşhur Novruz bayramı ilə əlaqədər Moskva restoranların birində səhnə alıblar.

Rəqsanə bölüşdüyü fotoya bu şərhi verib:

Var olun dəyərli Sənətkar. Çox sağ olun gəldiz oxuduz gözəl avazınızı səsiniz her zaman Allahım qorusun. Sizə yaxsi yol Allah üstünüzdə olsun. 

Rəşad Əliyev
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ