SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Rəqsanə İsmayılovanın şəxsi instagram hesabında paylaşdığı daha bir foto diqqət çəkib.
 
BAKU.WS xəbər verir ki, müğənni həyat yoldaşı ilə birlikdə çəkdirdiyi fotonu paylaşıb. Foto izləyicilər tərəfindən bəyənilib.

Lakin hər zaman olduğu kimi müğənni ənənəsinə sadiq qalaraq ərinin üzünü gizlədib. Ən çox diqqət çəkən isə onun fotoya yazdığı şərh olub.

"Sevmək gözəldir. Xoşbəxtlik bütün insanların haqqıdır. Hər bir qadına xoşbəxtlik arzulayıram. Əsas Allahım bizi şərdən, böhtandan, pis insanlardan, hiylə əməllərdən uzaq etsin. Gedirik "oppalara”. Yaxşı ki, varsan. Amma mən dediyim yerə gedək, seçimimi bilirsən. Sevirəm. Ayrılarmı könül candan?”.
 
Aynur Ələkbərova
BAKU.WS