SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Natavan Həbibini görənlər təəcübünü gizlədə bilmir. Həbibinin xeyli çəki atması diqqətdən qaçmayıb.

BAKU.WSxəbər verir ki, sənətçi Xəzər TV-də “5/5” verilişində söyləyib ki, heç bir pəhriz saxlamır. 

Ulduz, son günlər şəxsi həyatında yaşadığı problemlər ucbatından bu qədər çəki atdığını bildirib:

“Əsəbdən, stressdən arıqladım. Amma belə daha yaxşıdır. Arıq olanda özümü daha yaxşı hiss edirəm”.

Nəzərinizə çatdıraq ki, Natavan bir müddət əvvəl həyat yoldaşı Səid Əliyevdən (Dado) boşanacağını söyləyib. Lakin daha sonra cütlük barışdığını mediaya bildirib.

Həmin fotoları sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS