055 213 76 73
Müğənni Natavan Həbibinin subaylığın daşını atacağı gün dəqiqləşib.
BAKU.WS-in Lent.az-a istinadla məlumatına görə, N.Həbibi iyulun 17-də paytaxt restoranlarının birində reper Dado (Səid) Əliyevlə nikah masasına oturacaq. Cütlük özəl günlərinə ailə üzvləri ilə yanaşı, şou-biznesin bir çox tanınmış simalarına da dəvət göndərib.
Qeyd edək ki, reper Dado ötən ay toy xəbəri barədə danışarkən bu sözləri demişdi: "İnşallah, növbəti ay toyumuzdur. Bəzilərinin çoxdan gözlədiyi toy nəhayət, baş tutacaq. Amma dəqiq vaxtını hələ demirəm".
BAKU.WS