SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Elnarə Xəlilova ilə prodüser Tarix Əliyev arasında çaxnaşma düşüb.

BAKU.WS xəbər verir ki, Xəlilova “ATV magazin onlarla” verilişinin "Hit Parad" rubrikasına cəsarətli obrazda qatılıb.

Sözügedən proqramın müxbiri başına gümüşü rəngdə böyük tac qoyan Elnarənin fotosunu instaqram səyfəsində bölüşüb. Bu şəkili görən işinin peşəkarı prodüsser və aparıcı Tarix Əliyev fotoya sərt şəkildə rəy yazıb.

Prodüsser “Daha bilmədi ki, nə ilə gündəmə gəlsin” yazaraq Elnarəyə söz atıb. Amma Xəlilovanında Tolikə cavabı gecikməyib: “Elnarə gündəmdədir, ola bilər bu, sənin gündəmin deyil”.

 “Vallah tacla gündəmdə qalmaqdansa, qalmamaq yaxşıdır. Sənin səsin, sənətin var. Amma bəzilərinin buna ehtiyacı yoxdur. Özün buna şərait yaradırsan. Sözümü deməyə, irad tutmağa haqqım var. Ən azından çox işlər görmüşəm”- deyə Tolik iradını bax bu şəkildə bildirib.

Nəzərinizə çatdıraq ki, Tolik aparıcılıq etdiyi “Hər şey daxil” verilişində bir neçə gün öncə xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyub. Onun bu hərəkəti isə heçdə birmənalı qarşılanmayıb. 

Həmin yazışmanı sizə təqdim edirik :