SİZİN REKLAM BURADA!
055 213 76 73



“Bu şəhərdə"nin aktyorları, əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovun əməliyyatdan sonra fotoları yayılıb.

BAKU.WS-in məlumatına görə, ssenarist Müşviq Abbasov sosial şəbəkədə aktyorun 7 saat əməliyyatda qalmasının səbəbini açıqlayıb:

“Coşqun burnundakı çəpər əyriliyini əməliyyat etdirirdi. Əməliyyat zamanı müəyyən olunub ki, burnunda polip və kista var. Ona görə də proses 7 saat çəkib və onlar təmizlənib”

M.Abbasov Rafaelin də səhhətindən danışıb:

“Rafael əməliyyat olunmayıb. Sadəcə endoskopik müayinə edilib. Loru dildə desək, zond udub. Ciddi bir problem yoxdur”.

Qeyd edək ki, artistlərin əməliyyatdan videoları da yayılmışdı.

İman
BAKU.WS