VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Azərbaycan gözəli-2016” müsabiqəsinin qalibi, model Günel Ağayeva Türkiyədə məşhur gecə klublarında fəaliyyət göstərməyə başlayıb.

BAKU.WS-in məlumatına görə, model bu barədə İnstagram səhifəsində yazıb.

O bildirib ki, Türkiyədə xanım DJ kimi fəaliyyət göstərən ilk azərbaycanlıdır.

“Xatırladım ki, Türkiyədə ilk azərbaycanlı xanım DJ-əm. Xəbərdarlıq edirəm, haqqımda axmaq fikirlər, murdar sözlər yazmayın. Onları özünüzə saxlayın. Mən sadəcə işimi görürəm”, deyə Günel Ağayeva qeyd edib.

Model türkiyəli həmkarları ilə ölkənin məşhur gecə klublarında gəncləri əyləndirəcək.

BAKU.WS