SİZİN REKLAM BURADA!
055 213 76 73



Qalmaqallı aktrisa Pərvin Abıyeva Türkiyə mətbuatına müsahibsində Azərbaycan kişilərini təhqir etməsi barədə açıqlama verib.

BAKU.WS-in məlumatına görə, aktrisa bildirib ki, ölkəmiz müasir olsa da azərbaycanlı kişilər hələ də köhnə fikirlidir.

Sosial şəbəkədə ən çox tənqid olunan aktrisa deyib ki, azərbaycanlı kişilər müğənnilərə, aktrisalara, və boşananlara fahişə kimi baxdığını bildirib.

“Yenə Pərvin daş oldu düşdü çoxlarının başına. Yənə biri Pərvinə söz atdı reytinq qazandı. Pərvindən yazdılar səhifələr reytinqdən partladı. Nə vaxtdan bizim kişilərimiz romantik deyil və bir az köhnə fikirdilər sözü təhqir hesab olub? Biri çıxsın desin ki, bu təhqirdi! Düz deyirəm də ölkəmiz nə qədər muasirləşsə, gözəlləşsə də düşüncə tərzimiz hələ də köhnədi. Aktrisa, aparıcı ya da müğənni oldunsa fahişəsən. Azad yaşadın fahişəsən. Boşandın fahişəsən. Kişi olmayanlar da indi qalxdı ayağa nə olub? Biz öz həyatımızı yaşaya bilmirik, ancaq başqalarının həyatına müdaxilə edə bilərik. Başqalarını qınayırıq. Köhnə fikirli olmaq təhqir deyil. Belə insanlar hər birimizin ailəsində var. Söyüşlərinizi saxlayın özünüzə. Mən heç kimin alqışlarıyla doğulmamışam. 80 faiz belədir: müasirləşə bilmirik. Demişəm sözümün üstündə də dururam”.

İman
BAKU.WS