SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünya şöhrətli müğənni, Türkiyənin meqastarı Tarkan fantastik qiymətə Bakıya dəvət edilir.

BAKU.WS-in məlumatına görə, bu barədə xəbəri Türkiyənin Təqvim qəzeti yayıb.

Məlumata görə, “10” albomu, konsert və reklam müqavilələrindən 50 milyon TL (22 170 000 AZN) qazanan meqastar Yeni il gecəsində çıxış etmək üçün müxtəlif ölkələrdən təkliflər almağa başlayıb.

Qeyd olunur ki, Yeni il gecəsi Bakıda konsert vermək üçün azərbaycanlı təşkilatçılardan biri Tarkana 1,5 milyon dollar təklif edib.

Bundan başqa, Kiprdə fəaliyyət göstərən hotellərdən birinin rəhbəri Tarkana 3 milyon TL (1 milyon 330 min AZN) təklif olunub.

BAKU.WS