VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda "Altın Kelebek" mükafatlandırılma mərasimi keçirilib.

BAKU.WS-in məlumatına görə, iştirakçılardan öncə səhnəyə türkiyəli aktrisa Neslihan Atagül çıxaraq gələn qonaqları salamlayıb və azərbaycanlıları qonaqpərvər olduğunu deyib. 

"Hamınız çox gözəlsiniz, belə qarşılanacığımı bilməzdim. Bakıya enər-enməz buraya daha əvvəl gəlmədiyim üçün peşman oldum. İnsanlarınız çox səmimidir".

Tədbirdə səhnəyə ilk öncə Avroviziya təmsilçimiz Nigar Camal çıxıb. Daha sonra Miri Yusif, sonda isə konserti bağlamaq üçün Əməkdar artist Röya Ayxan təşrif buyurub.

İman
BAKU.WS