Müğənni Günay İbrahimli Azərbaycanın toylarda ən çox pul verdiyi rayonlarının adlarını açıqlayıb.

BAKU.WS-in məlumatına görə, müğənnilər Günay İbrahimli, Ceyhun Zeynalov, Elvin Abdullayev “Xəzər TV”-də yayımlanan “5-də 5” verilişinin qonağı olub.

Aparıcı Zaur Kamal Günay İbrahimlini çətin vəziyyətə salan suallar verib. “Azərbaycanın hansı rayonlarında toylarda daha çox pul verilir” sualına müğənni belə cavab verib:

“Şəmkir, Naxçıvan və cənub bölgəsindəki toylarda müğənniyə daha çox pul verilir”.

Həmin kadrları sizə təqdim edirik.

BAKU.WS