SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu günlərdə Danimarkanın Hillerod şəhərində hər il olduğu kimi, ənənəvi Mədəniyyət Günləri çərçivəsində Azərbaycanın xalq musiqiləri ifa olunub.

Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

“Azərbaycan musiqisini Danimarkada yaşadan və onu sevərək təbliğ edən Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti Mədəniyyət Mərkəzinin rəhbəri Kəmalə Hüseynova hər il keçirilən musiqi günlərində fəal iştirak edir. Şəhərin hər yerində-kitabxanalar, muzeylər, əsas mərkəzi meydanda, Kedehuset və Klaverfabrikken deyə mədəniyyət-musiqi salonlarında fərqli janrlarda: pop, rep, jaz, xalq musiqisi ifa olunub. Kəmalə Hüseynova hər il olduğu kimi ənənəsinə sadiq qalaraq, fərqli yerlərdə Azərbaycan mahnılarından ibarət Lars Bo-nun rəhbərlik etdiyi musiqi ansamblı ilə konsert verib. ”Güləbatın”” Ay Dilbər”,”Muleyli” artıq dinləyicilərimizin sevdiyi “Qubanın ağ alması”,”Aman Ovçu”, “Sarı Gəlin” və s. mahnılar alqışlarla qarşılanıb. Mərkəz sədri qonaqlara mahnılarımızın məzmunu Azərbaycanın tarixi,mədəniyyəti haqqında ətraflı məlumat verib”.