SİZİN REKLAM BURADA!
055 213 76 73



Niderlandın Bildts mərkəzi kitabxanasında Azərbaycan Mədəniyyəti günü keçirilib.

“Niderland-Azərbaycan Evi” təşkilatının sədri Elxan Mirhəşimli tərəfindən keçirilən tədbirdə Azərbaycan mətbəxi, brend məhsulları təqdim olunub və ölkəmizin turizm potensialından danışılıb. Tədbirə Niderland KİV nümayəndələri və bələdiyyə üzvləri də qatılıb.

Mədəniyyəti günü çərçivəsində Bildts mərkəzi kitabxanasına Azərbaycanın tarixi, diasporu, mədəniyyəti haqqında, həmçinin Qarabağ həqiqətləri və erməni terrorundan bəhs edən kitablar hədiyyə olunub. Bütün kitablar kitabxanada elektron formada qeydiyyatdan keçirilib. Elxan Mirhəşimlinin verdiyi məlumata görə, Bildts mərkəzi kitabxanasında Azərbaycan guşəsi açılacaq.

Yeri gəlmişkən, Bildts mərkəzi kitabxanasında araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin müəllifi olduğu “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı da olub. Əsasən hollandların iştirak etdiyi təqdimat mərasimində Elxan Mirhəşimli çıxış edərək kitabın özəlliyi və əhəmiyyəti haqqında məlumat verib.

Elxan Mirhəşimli qeyd edib ki, kitabda dünya ölkələrində yaşayan 173 azərbaycanlının müsahibəsi yer alıb: “Kitabda ən çox (11 nəfər) Niderlandda yaşayan Azərbaycan diaspor üzvlərinin müsahibəsi yer alıb. Həmçinin kitabda Niderlandın “Connect” təşkilatının həmtəsisçisi və katibi Vim van Embden də müsahibəsi verilib. 11 nəfər soydaşımızın diaspor olaraq Niderland-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsində, adət-ənənələrin qorunmasında əhəmiyyətli rolu var. Onlar həmçinin Niderlandın iqtisadi, elmi-texniki, mədəni inkişafına öz töhfələrini verirlər”.

Elnur Eltürk
BAKU.WS