13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Rəqqasə-aktrisa Oksana Rəsulova və keçmiş həyat yoldaşı repçi Elşad Xosenin baş rolunu canlandırdıqları "Mələyin öpüşü” filminin treyleri hazırdır.

BAKU.WS-in məlumatına görə, treyler artıq OksiMedia Production "Youtube” kanalında yerləşdirilib.

Filmin qala gecəsi 14 sentyabrda reallaşacaq. Film 15 sentyabrdan etibarən kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcək.

Qeyd edək ki, "Mələyin öpüşü”ndə Oksana və Elşaddan başqa xalq artisti Fuad Poladov, aktrisa Münəvvər Əliyeva və teleaparıcı Şəhriyar Əbilov da yer alıb.
 
BAKU.WS