SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni Kərim Abbasov ailəsi ilə Məşhəd ziyarətinə yollanıb.
 
BAKU.WS axşam.az-a istinadən məlumatına görə, sənətçi həyat yoldaşı Təranə və oğlu Yusiflə yeni fotosunu paylaşıb.
 
O bildirib ki, övladının 10 ayı tamam olur:
 
"Mənə nəsib etdiyi gözəl ailəmə görə Allahıma şükür. Xoşbəxtəm... Məni pis və yaxşı cəhətlərimə görə sevən və başa düşən, hər zaman dəstək olan, başımı uca tutan, qeyrətli, namuslu xanımım var. Xoşbəxtəm ki, arzularımı hər zaman həyata keçirən böyük və uca Allahım var. Allahım, mən, sənin günahkar bəndən səndən yerdən göyə kimi razıyam”.
 
BAKU.WS