SİZİN REKLAM BURADA!
055 213 76 73


"Oğullarımı evləndirənə qədər qocalıb öləcəyəm. Fikir çəkirəm, xəyyallar qururam. Demişəm ki, ehtiyatlı olun".

BAKU.WS axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni nadir Qafarzadə "5/5" verilişində deyib. 

Sənətçi böyük oğlu Loğmanın bu il universiteti bitirdiyini söyləyib:

"Xaricdə təhsil alırdı, ora çox öyrəşib. Bura qayıtmaq istəmir. Məndən olsa, Bakıya qayıdan kimi onu evləndirərəm. Amma anası razılaşmır, deyir bir az bura öyrəşsin. Gələn kimi onu işə qoyacam. Maşın istəyir. Mən də deyirəm ki, işlə özün al. Uşaq əziyyətə öyrəşməlidir. Hər şeyi ata eləməz. Mənə atam maşın alıb? Xanımım deyir, sənin atan dünyasın dəyişdi, ala bilmədi. Amma oğullarımın sənin kimi atası var. Uşaqlarım mənimlə heç nə bölüşmür, aradakı pərdəni götürmürəm. Hər şeyi analarına söyləyirlər, o da mənə çatdırır".

Qeyd edək ki, N.Qafarzadənin digər oğlu Əziz Rusiyada təhsil alır.
 
BAKU.WS