SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yumor ustası Fərda Xudaverdiyev bahalı avtomobilindən enib avtobusa minib. 

Axşam.az-ın məlumatına görə, "Xəzər Maqazin”in qonağı olan aktyor bu dəfə ictimai nəqliyyatdan istifadə edərək keçmişinə qayıdıb. Fərda ssenarilərini vaxtilə avtobuslarda yazdığını bildirib:
 
"Bütün ssenarilərimi avtobusda yazmışam. Evimizin yanından 2 nömrəli avtobus işləyirdi. Konduktordan başqa bütün işlərdə çalışmışam. Yəni, konduktor işinə düzəltsəydilər, onu da işləyərdim. Düzəltməyiblər, işləməmişəm. Qarpız satan adamam”. 

F.Xudaverdiyev avtobusda gözləmədiyi vəziyyətlə üzləşib. Sərnişinlərdən birinin Fərdanı tanımaması aktyoru pis vəziyyətdə qoyub. "Sən Bakının harasında yaşayırsan? Səndən avtoqraf alacağam” deyən Fərda vəziyyətdən çıxış yolu kimi "Yəqin yaxşı dərs oxuyur, televizora baxmır, internetlə maraqlanmır” deyib. 
 
BAKU.WS