SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Rusiya Reyestr İdarəsinin Moskva şöbəsi külli miqdarda dələduzluq faktı ilə bağlı polisə müraciət edib. 


BAKU.WS-in Lent.az-a istinadən məlumatına görə, idarənin əməkdaşları Moskvanın ən bahalı küçələrindən sayılan Petrovkada elit binalardan birinin sonuncu mərtəbəsində iki mənzilin mənimsənilməsi faktının üstünü açıblar. Həmin mənzillərdən birinin sahibi, nə qədər qəribə səslənsə də, Azərbaycanın xalq artisti Leyla Şıxlinskayanın tam adaşıdMüəyyən edilib ki, dəyəri 500 milyon rubldan çox olan həmin iki mənzil son bir ildə saxta sənədlərlə bir neçə nəfərin adına keçirilib. Sahəsi 336 kv.m, dəyəri 250 milyon rubl olan bir mənzilə Abdulvaris M. Adlı şəxs sahiblənib. Onunla qonşu olan 400 kv.m-lik mənzil isə Şıxlinskaya Leyla Fərrux qızının adına sənədləşdirilib.


Xəbər yayılan ana qədər saytın life.ru əməkdaşları xanım Şıxlinskaya ilə əlaqə yaradıb xəbəri dəqiqləşdirə bilməyiblər.


Lent.az-ın əməkdaşı xanım Şıxlinskayanın Bakıda yerləşən klinikasına zəng vuraraq, köməkçisi ilə danışıb. Köməkçi L.Şıxlinskayanın bu hadisəyə nə qədər aidiyyatı olması barədə sualı dinləyərək, "heç bir kömək göstərə bilməyəcəyini”, "Leyla xanımla gün ərzində görüşməyəcəyini”, "Leyla xanımın bu gün onu narahat etməməyi tapşırdığını” söyləyib.

 

BAKU.WS