SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül gələn ay Bakının qonağı olacaq.

BAKU.WS xəbər verir ki, sənətçi Bakı Konqres Mərkəzində sevənləri qarşısına çıxacaq.

İfaçının musiqili proqramı 17-18 may tarixlərində baş tutacaq. Bu barədə müğənni özü bildirib:

"Mayın 17-si 18-si tarixlərində Azərbaycanda konsertimiz var. Bütün azərbaycanlıları konsertə dəvət edirəm. Sizinlə görüşmək ümidi ilə... Hələlik sizə salamlarımı çatdırıram".

55 yaşlı ifaçı hit və ən sevilən mahnılarını ardıcıl olaraq iki gün fanatları üçün səsləndirəcək. Biletlərin qiyməti 50-400 AZN arasında dəyişir. 

Mahsun Kırmızıgülün konsertində iştirak etmək istəyən fanatları biletləri iticket.az saytından əldə edə bilərlər. 

BAKU.WS
VİDEO