SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xəbər verdiyimiz kimi məşhur rejissor və müğənni Mahsun Kırmızıgül 14 Fevralda Ece Binay ilə Los Angelesdə ailə həyatı qurub.
 
BAKU.WS-in məlumatına görə, cütlük may ayında Lavin adını verdikləri qızlarını qucağına almışdı. Bir müddətdir ABŞ-da yaşayan Kırmızıgül ailəsi ötən gün axşam İstanbula gəlib.

Los Angeles təyyarəsi ilə Atatürk Havalimanına enən cütlüyü Kırmızıgülün prodüseri Murat Tokat qarşılayıb. Məşhur müğənninin 20 günlük körpəsi Lavinin ilk görüntüləri çəkilib.
 
Mahsun Kırmızıgül və Ece Binay havalimanının arxa qapısından çıxaraq evlərinə yollanıb.
 
BAKU.WS