SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Nəzakət Teymurova "Tarixin bir günü" verilişində qonaq olub.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, sənətçi bayağı musiqilərlə gənc nəslin musiqi zövqünün korlandığını bildirib:

"Biz əfsuslar olsun ki, bayağılığı təbliğ edirik. Gözümüzü açandan Şövkət Ələkbərova, Arif Babayev, Hacıbaba Hüseynov kimi bir çox korifey sənətkarlarımızdan bəhrələnmişik. Bacımın nəvəsi bir bayağı ifaçının adını çəkib və deyir ki, ona bənzəmək istəyirəm. O qədər onları təbliğ edirlər ki... Özümüzdən süni şəkildə çox uzaqlaşmışıq. Mən bayaqdan klassik əsərlərimizi oxuyuram. Burada muğam dəstgahı açmamışam ki... Muğam yeri ayrı, efir yeri ayrıdır. Simaları ilə bədənlərini göstərmək, mənə elə gəlir ki, bizi bir az geri atır. Gənc nəslin musiqi zövqü korlanır".

BAKU.WS