SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Elnarə Xəlilova qalmaqallı açıqlaması ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, “Üzə düz” proqramına qonaq olan ifaçı aparıcıları və efirə dəvət olunan bəzi müğənniləri qınaq atəşinə tutub.

Xəlilova sənətçilərin efirdə sənət deyil, evlərini, bağlarını maşınlarını reklam etdiklərini bildirib. Buna şərait yaradanın isə aparıcılar olduğunu deyib: 

“Tamaşaçıların zövqünün korlanmasında birbaşa məsuliyyət televiziyalarındır. Bütün günü radionu dinləyirəm. Görün radiolarda bir dənə bayağı musiqi eşidə bilərsiniz?! Xeyr, bu, mümkün deyil! Radiolar öz simalarını qoruyub saxladılar, amma təəssüf ki, TV barədə bunu deyə bilməyəcəm. Bəlkə, pul, reytinq xətrinə bunu edirlər? Bilmirəm.

Hər yoldan, küçədən keçəni pul alıb efirə çıxardırlar. Bayağı musiqi bir yana, biz istəyirik ki, verilişə baxanda mədəniyyət öyrənək! Verilişə baxılası deyil. Nə aparıcı, nə qonaq danışığını bilir. Qonaq, aparıcı özünü apara bilmir, aparıcı verilişi apara bilmir! Aparıcı sütun olmalıdır, o, ağzını Allah yoluna qoyub efirdə kartof, soğan mövzuları danışdısa, qonaq da onun kimi edir. Mənim və tamaşaçıların təmiz əti tökülür, vallah. 10 ildir TV-yə baxmıram, heç özümə də baxmıram!”

BAKU.WS
VİDEO