SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur aktrisası Yıldız Çağrı Atiksoy ilk övladını dünyaya gətirmək üçün gün sayır.

BAKU.WS Türkiyə mediasın istinadən xəbər verir ki, "Kuruluş Osman" serialında rol alan aktrisa hamilə olduğu üçün heyətdən ayrılıb.

Mayın sonu və ya iyunun əvvəlində qızını dünyaya gətirəcək gözəl aktrisa 156-cı bölümdə serialdan ayrılır.

Malhun Hatun obrazını canlandıran Yıldız Çağrı Atiksoy son səhnəsinə çəkilib.

Qeyd edək ki, Yıldız 2022-ci ildə həmkarı Berk Oktay ilə ailə qurub. Onlar "Savaşçı" serialında birgə rol alıb.

BAKU.WS
QALEREYA