SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Nigar Camal adından saxta hesab açan şəxsi bağışlayıb.

BAKU.WS xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, həmin şəxsin ailə vəziyyətini nəzərə alaraq şikayətini geri çəkib:

"Bir müddət əvvəl adıma açılmış fan hesabı ilə bağlı şikayət ünvanlamışdım. Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsi məsələyə operativ yanaşdı. Həmin şəxs qısa zamanda tapıldı. Lakin sözügedən şəxsin ailə vəziyyətini və peşmanlığını nəzərə alaraq şikayətimi geri götürdüm və onu bağışladım. DİN başda olmaqla, BŞBPİ-yə və bütün heyətə təşəkkürümü bildirirəm", - deyə, Nigar bildirib. 

Xatırladaq ki, Elşən Məmmədov adlı bir şəxs TikTok-da Nigarın adından fanatlarına mesaj yazaraq onlardan şəkil istəyib. Sonra onları şəkilləri ilə şantaj edərək pul qoparmağa çalışıb. 

BAKU.WS