SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Qriqori Leps ona görə plastik əməliyyat etdirdiyi gənc sevgilisindən ayrılıb.

BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə verilişlərdən birinin efirində məlum olub.

Qeyd olunur ki, 2023-cü ildə sənətçi özündən 40 yaş kiçik xanımla münasibətini açıqlayıb.

Leps etiraf edib ki, o, yeni sevgilisinə sadiq olub və onun xatirinə plastik əməliyyat keçirib, saç əkimi etdirib və spirtdən imtina edib.

Ancaq cütlük bu ay ayrıldıqlarını elan edib.

Lepsin sözlərinə görə, indi o, tək vaxt keçirir və bahalı hədiyyələrə pul xərcləmir.

BAKU.WS