SİZİN REKLAM BURADA!
055 213 76 73


Şou-biznesdə kifayət qədər müğənni var ki, onlar müxtəlif dövrlərdə “Gözəllik qurban tələb edir” deyərək göz qırpmadan bıçaq altına yatıblar. Şəxsi həyatları qədər keçirdikləri müxtəlif estetik müdaxilələrlə də gündəmi zəbt edən tanınmışlar bununla da ölkəyə plastik əməliyyat dəbi gətiriblər. Estetik əməliyyatlarla qabırğasını çıxartdıran kim, ombasını böyüdən kim, gözünün ətini kəsdirən kim, əməliyyatla 15, hətta 35 kiloqram arıqlayan kim...

BAKU.WS bu günə qədər ölkədə rekord sayda əməliyyat etdirən yerli şou biznes əhlisinin siyahısını təqdim edir:

Yerli məşhurlar arasında plastik əməliyyatları ilə rekord vuran sənətçi Rəqsanə İsmayılovadır. O, gözəlləşmək üçün demək olar ki, külli miqdarda pul xərcləyib. Rəqsanə bu günə qədər dodağına, qaşlarına və digər bədən nahiyələrinə estetik müdaxilələr etdirib.

Xeyli estetik əməliyyat etdirən sənətçilərdən biri də Xalq artisti Aygün Kazımovadır. Pop diva sadəcə üç dəfə burun əməliyyatı etdirib. Müğənni bununla yanaşı qabırğalarından ikisini çıxartdırıb. Bir neçə dəfə sinəsində və dodaqlarında estetik prosedurlar etdirib. Kazımova liposaksiya əməliyyatı da olunub.

Xalq artisti Röya Ayxanın da plastik əməliyyatları saysız-hesabsızdır. O, sadəcə 3 dəfə burun əməliyyatı etdirib. İfaçı son zamanlar əməliyyatlarını daha çox Rusiyanın paytaxtı Moskvada etdirməyə üstünlük verir. O, xarici ölkədə omba, sinə əməliyyatı etdirərək qarın hissəsinə "paxlava" düzdürüb. Ötən il plastik əməliyyatlarından danışan Röya, "Gözümün üstündəki əti kəsdirmək istəyirəm. Çünki layner çəkə bilmirəm. Gözümün üstündən başlayacam. Burnumda burunluq qalmayıb, yüz dəfə əməliyyat etdirmişəm", - sözlərini söyləyib.

Xalq artisti Məleykə Əsədova da xeyli sayda plastik əməliyyatlara üz tutub. Buna baxmayaraq, aktrisa əməliyyatlarını hər zaman gizlətməyə çalışıb. O, burun əməliyyatı etdirib, dodaqlarına həcm verdirib, üz gərmə əməliyyatı etdirib.

Xalq artisti Brilliant Dadaşova da estetik etdirən həmkarları sırasındadır. O, burun, bədən, ayaq əməliyyatları etdirsə də, bunu hər zaman mətbuatdan və ictimaiyyətdən gizli saxlamağa çalışıb. Sənətçinin bel incəltmək üçün iki qabırğasını da çıxartdırdığı iddia olunur.

Şou-biznesin ən çox əməliyyat etdirən məşhurları arasında Əməkdar artist Könül Kərimova da var. Onun illərlə etdirdiyi çoxsaylı estetik əməliyyatlardan sonra demək olar ki, siması tamamilə dəyişib. Tet-tez sosial şəbəkədə fotolarını paylaşan sənətçi tənqidlərə məruz qalır. İzləyiciləri onun omba əməliyyatı keçirdiyini və artıq piylərindən xilas olduğunu iddia etsələr də, Kərimova bu fikirlərə reaksiyasız qalır. İfaçı zaman-zaman paylaşdığı fotoşoplu fotoları ilə sosial şəbəkə istifadəçilərində qıcıq yaradıb.

Xalq artisti Nazpəri Dostəliyeva ilk plastik əməliyyatını 2000-ci ildə etdirib. Sənətçi 2 dəfə burun əməliyyatı keçirib. Daha sonra üzündə, dodaqlarında və ayaqlarında müxtəlif estetik əməliyyatlar icra olunub.

Müğənni Xatirə İslam son zamanlar daha çox plastik əməliyyatları ilə gündəmə gəlib. Sənətçi ilk dəfə 2013-cü ildə burun əməliyyatı olunaraq simasında köklü dəyişikliyə nail olub. Daha sonra ifaçı buxaq, bədənşəkilləndirmə və mədəkiçiltmə əməliyyatı keçirib. Bütün bu əməliyyatlara baxmayaraq, Xatirə İslam təkidlə idman və pəhriz sayəsində arıqladığını və son zamanlar 15 kiloqram çəki atdığını deyib.

Əməkdar artist Mətanət İsgəndərli də plastik əməliyyatlarla xarici görünüşündə köklü dəyişiklik edib. Sənətçi əvvəl gizlətsə də, daha sonra mədəkiçiltmə əməliyyatı olduğunu və bununla da 35 kiloqram arıqladığını qeyd edib. İsgəndərli daha sonra əməliyyat masasına yataraq simasında da estetik prosedurlar etdirib.

Nüğənni Nura Suri də çoxsaylı plastik əməliyyat etdirən məşhurlar sırasındadır. 1997-ci ildə avtomobil qəzasına düşən ifaçı Türkiyədə məşhur klinikalardan birində üzünə və burnuna xeyli plastik əməliyyatlar etdirib. Nura qabırğalarını da çıxartdırdığını, hazırda belinin 60 santimetr olduğunu vurğulayıb.

Müğənni Nazənin Salayeva isə son günlər üzünə etdirdiyi estetik əməliyyatı ilə hər kəsi şoka salıb. Sənətçinin burnu illər əvvəl əməliyyat olunub. Daha sonra o, yenidən burun və buxaq əməliyyatı olunub. İfaçı üzgərmə əməliyyatı da etdirib. 180 dərəcə dəyişən sənətçi yeni görünüşü ilə ilk dəfə "Həmin Zaur" proqramında tamaşaçılar qarşısına çıxıb. Nazənin yeni görünüşü ilə tanınmaz hala düşüb. Əməliyyatdan sonra onun gözlərindən birinin o birisindən xeyli fərqlənməsi müzakirələrə səbəb olub.

 

Zöhrə Pənahi
BAKU.WS