SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyəli müğənni Aleyna Tilkinin yeni il gecəsi Bakıda verdiyi konsertdən qazandığı gəlir məlum olub.

"Qafqazinfo”nun "Sozcu.com.tr”ə istinadən verdiyi məlumata görə, 16 yaşlı sənətçi paytaxtda baş tutan konsertdə bir saatlıq çıxışına görə 50 min TL (təxminən 25 min AZN) əldə edib.

Qeyd edək ki, "Yetenek Sizsiniz Türkiye” yarışması ilə şöhrət qazanan Aleyna Tilkinin yaşına görə gecə klublarında çıxışına İstanbul Valiliyi tərəfindən qadağa qoyulub. Buna görə də o, 18 yaşına qədər karyerasından daha çox təhsilinə üstünlük verməyə başlayıb.

"Cevabsız çınlama” mahnısı ilə 2016-cı ildə Türkiyənin gündəminə düşən Aleyna son 5 ay ərzində qazandığı pulla valideynlərinə 750 min lirə dəyərində ev alıb.
 
BAKU.WS