SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Cevapsız çinlama" mahnısı ilə məşhurlaşan 16 yaşlı müğənni Aleyna Tilki Yeni il gecəsi Bakıda səhnəyə çıxıb.
 
BAKU.WS-in məlumatına görə, qalmaqallı müğənni Bakı Olimpiya Stadionunda baş tutan konsertdə açıq-saçıq geyimi ilə diqqət çəkib. Məşhur mahnılarını ifa edən müğənni azərbaycanlı sevənlərini coşdurub.

Qeyd edək ki, Aleyna Türkiyə mətbuatına qalmaqallı açıqlamaları ilə damğa vurub. Müğənni sonuncu dəfə Diyarbəkirdə restoranlardan birində baş tutan konsertində bomba partladığı üçün səhnədən kənarlaşdırılıb. 
 
Nazim Babayev
BAKU.WS