SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı model Razi Əliyeva (Raziyyat Əliyeva) şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, instaqram hesabında izləyicilərinin suallarını cavablandıran model həyat yoldaşı Nicatla tanışlığından, onun efirlərdə və sosial şəbəkələrdə görünməməsindən danışıb. Əliyeva onu da qeyd edib ki, yaya qədər toyu olacaq:

"Həyat yoldaşımla riyaziyyat fənnindən hazırlığa gedərkən tanış olmuşuq. Deyir ki, məni ilk baxışdan sevib. Ağlım başıma gəldi. Uşaqlıqda çox şeyi dərk etmirdim. Ciddi qəbul etmirdim. Amma zaman mənə çox şeyi göstərdi və öyrətdi. Demək ki, qismət bu günə imiş... Yaya kimi toy olacaq".

İzləyicilərindən biri Raziyə "Elə hiss olunur ki, həyat yoldaşınız kamera önündə olmağı sevmir. Bir çoxu da deyir ki, bu yəqin oyundur" fikirlərini bildirib. Model bu sualı belə cavablandırıb:

"Qurban sizə, mənim həyat yoldaşım bloger, model, aktyor deyil. Normal instaqram səhifəsi belə yoxdur. Xoşlamır elə şeyləri. Millət bu yazıqdan nə istəyir bilmirəm. Hoppanıb düşməli idi? 10-cu dəfə ailə qurmur ki...".

Model onu da qeyd edib ki, özünün 27 həyat yoldaşının isə 28 yaşı var.

Xatırladaq ki, “Miss Azərbaycan 2017” Razi Əliyeva ötən ilin dekabrında Nicat adlı bəylə nikaha girib. Onlar ailə üzvləri və dostlarını biraraya yığaraq bu günü paytaxt restoranlarından birində qeyd ediblər. 

BAKU.WS