Ağaxan Abdullayev Türkan qəbiristanlığında dəfn olunacaq

Ağaxan Abdullayev Türkan qəbiristanlığında dəfn olunacaq
Şou-biznes 1741

Xalq artisti, görkəmli muğam ustası Ağaxan Abdullayev dekabrın 26-da Türkan qəbiristanlığında dəfn olunacaq.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya muğam ustasının qardaşı oğlu Vəlixan Abdullayev deyib.

O, bildirib ki, sənətkarla vida mərasimi bu gün saat 14:00-da Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında olacaq: 

«Ağaxan müəllim vəsiyyət etmişdi ki, məni kəndimizin qəbiristanlığında, atamın-anamın yanında dəfn edin. Onun vəsiyyətini yerinə yetirmək borcumuzdur. Ona görə də vəsiyyətinə uyğun olaraq sabah Türkanda kənd qəbiristanlığında torpağa tapşıracağıq. Xalq artistinin üç mərasimi dekabrın 27-də Təzə Pir Məscidində keçiriləcək".

Qeyd edək ki, A. Abdullayev bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

Xalq artisti Muxtar Maniyev vəfat edib

Xalq artisti Muxtar Maniyev vəfat edib

Xalq artisti Muxtar Maniyev vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə APA-ya C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov mə...

1510 Hadisə 09:39 22 dekabr 2016

Son xəbərlər