NIKOIL | Bank-ın valyuta mübadilə məntəqəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

NIKOIL | Bank-ın valyuta mübadilə məntəqəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Şou-biznes 1372

NIKOIL | Bank müştərilərin rahatlığını düşünərək 2017 İslam Həmrəylik oyunları ilə əlaqədar Bankın Bakı şəhəri, Puşkin küçəsi 30 ünvanında yerləşən valyuta mübadilə şöbəsi 12 – 22 may tarixləri arasında şənbə və bazar günləri daxil olmaqla şəhərimizin sakinləri və qonaqlarının xidmətində olacaq.

Valyuta mübadiləsi məntəqəsində həftənin 7 günü saat 9:00 – 20:00-dək valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək mümkün olacaqdır.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

BAKU.WS

Son xəbərlər