Sosial şəbəkələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku” jurnalının baş redaktoru  Leyla Əliyevanın keçmiş həyat yolaşı Emin Ağalarovla və özünün övladlığa götürdüyü qızı Əminə ilə birlikdə çəkilən fotosu yayılıb.

BAKU.WS xəbər verir ki, foto Leyla Əliyevanın Instagram – leyla_aliyeva_999 fan səhifəsində yayımlanıb.

Qeyd edək ki, Leyla Əliyeva 2006-cı ildə "Crocus Group”un vitse-prezidenti, musiqiçi Emin Ağalarovla ailə qurub. 2015-ci ildə isə tərəflər rəsmi olaraq boşandıqlarını elan ediblər. Cütlüyün Əli və Mikayıl adlı əkiz oğuları var. 2015-ci ildə Leyla Əliyeva Əminəni övladlığa götürüb. Emin Ağalarov isə müsahibəsində Əminəni çox sevdiyini, onu övladlarından ayırmadığını deyib. "Soyadım Əminənin qulluğundadır, nə vaxt istəsə ona soyadımı verə bilərəm”, deyə, E.Ağalarov söyləyib. 
 
Aysel.Ş
BAKU.WS