VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Müğənni-bəstəkar Emin yaradıcılıq işlərinin çoxluğuna baxmayaraq, övladlarına da zaman ayırır.
 
BAKU.WS xəbər verir ki, ifaçı "İnstagram” bloqunda əkiz oğulları Əli,  Mikayıl və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyü balaca Əminə ilə birgə çəkilən yeni görüntülərini paylaşıb. Uşaqları ilə əyləncəli vaxt keçirən Emin hətta onlarla birgə idman da edib.

Qeyd edək ki, ötən ilin iyulunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olan Əminə adlı 5 yaşlı körpə qızı övladlığa götürüb.

Emin isə mətbuata açıqlamasında "Mənim soyadım hər zaman Əminənin qulluğundadır. Əgər istəsə soyadımı ona verərəm” – deyə bildirmişdi.
Leyla Əliyevanın Emin Ağalarovla nikahından Əli və Mikayıl adlı əkiz övladı var.
 
 
Nazim Babayev
BAKU.WS