SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir qadının saçları gözəldirsə və o, bunun fərqindədirsə, deməli digər həmcinslərindən 1:0 öndədir.

Ona görə də əziz xanımlar, gözəl saçlarınız varsa, onlara mütləq şəkildə qulluq göstərin. Və həmçinin dəbə uyğun boyamağı da unutmayın. 
 
Dəbdən söz düşmüşkən, saç boyası sənayesində "Pələng gözü daşı” adlı dəb yayılmaqdadır. 

Daşın görünüşü qızılı-sarı və ya qızılı-qəhvəyi zolaqlardan, yaxud  dalğalardan ibarətdir. Adına baxmayaraq, o çox nadir hallarda səth üzərində qaçışan, pələng gözü effektinə malikdir (onu pələng gözü adına görə fərqləndirən də budur-red). Bu daşı ta qədimlərdə fəlakətlərdən qorunmaq üçün istifadə edirmişlər. 
 
Məhz bu daşın qeyri-adi çalarları stilistləri saç rənglənməsində yeni stilin yaranmasına ruhlandırıblar, desək, yanılmarıq. 
Bu yeni trenddən ilk olaraq, Cennifer Lopez yararlanıb. Onun ardınca isə Cessika Alba, Keyt Bekinseyı, Coan Smoulz pələng daşı gözü saç boyası ilə stillərini dəyişiblər.
 
Onu da deyək ki, saçları belə boyamaq, balyajdan daha ucuz başa gəlir.

Pələng daşı gözü saç boyaması üsulunu britaniyalı stiulist Kori Tattl kəşf edib. 
Qəhvəyi və sarı çalarları qarışdıran zaman nə edəcəyimi anladım. Saçlarda bu variant həm sarışanlara, həm də səmərlərə uyğundur. Yalnız formulu "çevirmək” lazımdır. Yəni tünd saçlara diblərindən uclara qədər yantar və bal rəngləri çəkirik. Açıq rəngli saçlara isə əksinə, tədricən tünd bal və südlü şokolad rəngində zolaqlar atırıq.
 
Xanımlar 2 saat salonda vaxt sərf etməklə, ideal və gözəl saç rənginə malik olacaqlar.
"Pələng gözü” saçlarını artıq bloqerlər də sosial şəbəkələrdə paylaşırlar. Bu da yeni trendin daha da populyarlaşmasına kömək edir.
Yeni saç rənginin əks etdirən bir neçə foto nümunəni oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS