SİZİN REKLAM BURADA!
055 213 76 73


 
50 yaşına az qalmasına baxmayaraq gənc qızlara hər yaşında meydan oxuyan Cennifer Lopez "People" jurnalına müsahibə verib.
 
BAKU.WS məlumat verir ki, 46 yaşlı ulduz gənclik illərində bu yaşda bu görünüşdə olacağını təsəvvür belə etmədiyini deyib. 
İllərin ona təcrübə qazandırdığını deyən Cey Lo "bu işə başlayanda hər şeyin bir gün sona çatacağını düşünmüşdüm. Heç kim yaşa dolanda belə bir görünüşdə olacağını xəyal etmir. Mən də seksual görünəcəyimi bilməzdim" deyib.

Zaman keçdikcə həyata daha da bağlandığını deyən sənətçi son günlər "Epic Recordings" şirkəti ilə müqavilə bağlayaraq gündəmə gəlib. Bu onun keçmiş dostu L.A Rayd ilə yenidən bir araya gəlib böyük işlər görəcəyini bildirir. Hazırda "American İdol" yarışmasında münsiflər kürsüsündə oturan Cennifer baş rolda çəkildiyi "Shades of Blue" ("Mavinin çalarları") serialının uğuru ilə də manşetlərdən düşmür.

Qeyd edək ki, üçüncü həyat yoldaşı Mark Entonidən Maks və Emme adlı əkiz uşaqları olan müğənni uzun müddətdir ki, 28 yaşlı rəqqas Kasper Smartla sevgilidir.
 
BAKU.WS