SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 
Sol gözü olmadan doğulan körpə görənləri heyrətləndirir.
 
BAKU.WS-in məlumatına görə, kəllə sümüyünün inkişafı əsnasında göz qapağı bağlanmasın deyə körpənin gözünə genəltmə aparatı taxılıb. İzabella Myers adlı 9 aylıq körpə 3 aydır bu aparatı istifadə edir və süni göz ilə onun göz qapaqları açıq saxlanılır. 

ABŞ-dan olan ana qızının vəziyyətini 20 həftəlik hamiləykən öyrəndiyini və çox üzüldüyünü söyləyib. İzabellaya mikroftalma, yəni kiçik göz diaqnozu qoyulub. Nadir görülən bir xəstəlik olan mikroftalmi bir ya da iki gözün anormal bir şəkildə kiçik olmasına deyilir. Həkimlər körpənin göz toxumasının inkişaf etmədiyini, ancaq bu prosesə mane olmadıqlarını qeyd edib. 

Araşdırmalar nəticəsində, xəstəliyin səbəbinin İzabellanın atası Erik Myerdən kifayət qədər xromosom ala bilməməsi olduğu düşünülür. Körpənin böyük nənəsindən də bu xəstəlik varmış. Bir gözü görmədiyi üçün İzabella sol tərəfini görmək üçün bədənini tamamilə o istiqamətə çevirmək məcburiyyətində qalır. 
 
Şahin Həbibov
BAKU.WS