VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın 40 mərasiminə az müddət qalıb. Lakin mərhumun baş daşının qoyulması ətrafında qalmaqal yaranıb.

BAKU.WS məlumat verir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov cebhe.info-ya açıqlama verərək bildirib ki, İ.Quliyevanın qəbir daşının hazırlanması üçün sifariş verilib:

"Bunu Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmışıq. Bütün maddi vəsait dövlət tərəfindən qarşılanacaq. Xalq artistinin ailəsi isə bununla bağlı bizə heç bir sifariş verməyib. Biz də ümumi standartlara uyğun olaraq mərhum Xalq artisti üçün qəbir daşı hazırlatdıracağıq. Artıq bütün işlər yekunlaşmaq üzrədir. Bir həftə ərzində qəbir daşı qoyulacaq”.

Mədəniyyət və Turizm Nazirliyindən isə aznews.az-a verilən açıqlamada S.Həsənovun dediklərini təkzib edib. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şixməmmədov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi qəbirüstü abidənin qoyulması məsələsi ilə məşğul olmur:

"Xalq artisti, mərhum İlhamə Quliyevanın qəbir daşının hazırlanmasının nazirliyə aidiyyəti yoxdur. Bu işlə Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti məşğul olur. Bu, həmişə belə olub”.

***

Müğənni Əli Mirəliyev "Qafqazinfo"ya açıqlamasında məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib:

"Millət niyə narahat olur? Bunun kimə nə aidiyyatı var? Burda nə var ki? Ya onlar, ya da ailə üzvləri baş daşını qoyacaq. Sizin mövzunuz yoxdu yazmağa? Bu nə söhbətlərdi?”

***

Lent.az-ın əməkdaşı məsəli ilə bağlı mərhum xalq artistinin oğlu Orxan Nadirovla əlaqə saxlayıb. O, isə bildirib ki, İ.Quliyevanın qəbir daşı hazırdır:

"Qəbir daşı artıq hazırdır. Sabah mən qəbir daşına baxacam, bəyənsəm onu qoyacaqlar. Bu daşın maddi tərəfini mən yox, dövlət öz üzərinə götürüb”.
 
BAKU.WS