SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti, sevilən sənətkar Flora Kərimova gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, ARB TV-də təqdim olunan "Evgördü” verilişinin yaradıcı heyəti sənətçinin bağ evində qonaq olub.
F.Kərimova möhtəşəm malikanəsini nümayiş etdirib. Bildirib ki, bu evi ona oğlu alıb:

"Bura birmərtəbəli idi. Sonra imkanım oldu ikinci mərtəbəni tikdirdim. Qızım təkliyi sevir, ona görə də üçüncünü də onun üçün tikdirdim. Oğlum bu bağı alanda ancaq iki otağı var idi. Bu evi övladlarıma həsr etdim. Burada rahat deyiləm. Çox tələsirəm. Oğlum Almaniyada, qızım İngiltərədədir. Hər şeyi tez hazırlamaq istəyirəm ki, gəlib görüb, rahat olsunlar".
 
Verilişin videosunu oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS

]