SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyaca məşhur reper Dreyk evlənməməsinin səbəbini açıqlayıb.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu barədə ifaçı Bobbi Althoffun podkastında danışıb.

"Düşünürəm ki, nəhayət bunu edəcəm. Amma indiki mərhələdə mən heç bir qıza istədiyini təklif edə bilmərəm - sədaqət, davamlılıq. Mən beləyəm. İndi həyatım və yaradıcılığım şəxsi prioritetimdir. Kimisə məyus etməkdən qorxduğum üçün evlənmək istəmirəm" deyə, reper bildirib.

Qeyd edək ki, Dreyk Rihanna, Tayra Benks, Culiya Foks, Sofi Brusso kimi məşhurlarla sevgili olub. Onun Sofi Brussodan 6 yaşlı oğlu var.

BAKU.WS