SİZİN REKLAM BURADA!
055 213 76 73



 

Müğənni Beyonsun avtobioqrafiyasını yazan C.Randi Taraborrel maraqlı iddia ilə çıxış edib.
 
BAKU.WS xarici mətbuata istinadən məlumat verir ki, Maykl Cekson, Merilin Monro və Madonna kimi ulduzların həyatını qələmə alan yazıçı "Becoming Beyonce: The Untold Story” ("Beyons olmaq: danışılmamış hekayə”) adlı kitabında Beyonsun əri Cey Zinin ona Rihanna ilə xəyanət etdiyini bildirib.
 
Yazıçının sözlərinə görə, 2005-ci ildə Rihannanın albomunun prodüseri olan Cey Zi ilə müğənni arasında yaxın münasibət olub. Bunu bilən Beyons uzun illər davam edən münasibətinə ara verib və bir il boyunca Cey Zi ilə görüşməyib. Bu qərarını medidadan gizlədən xanım müğənni Cey Zi ilə barışıb və ailə qurub. 2008-ci ildə evlənən cütlüyün üç yaşında bir qızı var.
 
BAKU.WS