SİZİN REKLAM BURADA!
055 213 76 73


46 yaşlı kolumbiyalı müğənni Şakira və amerikalı peşəkar basketbolçu Cimmi Batler Londonda şam yeməyində görüntülənib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin 33 yaşlı NBA ulduzu Cimmi Batler ilə yeni münasibətə başladığı iddia olunur.

Restoranı ayrı-ayrılıqda tərk edən cütlüyü Batlerin cangüdənləri maşına qədər aparıblar.

Cütlük restoranda olduqca səmimi görünüblər.

Qeyd edək ki, futbolçu Jerar Pike ilə 11 illik münasibətinə son qoyan kolumbiyalı müğənni Şakiranın adı bir müddət "Formula 1" pilotu Lyuis Hemilton və aktyor Tom Kruzla hallanıb.

BAKU.WS
QALEREYA