SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün məşhur müğənni Şakiranın 45 yaşı tamam olur. Latın amerikalı popçunu dünyanın uğurlu qadınlarından hesab etmək olar. Bu gün o, bir çox insanların kumiridir. Şakiranın özünəməxsus səsi pərəstişkarlarını valeh edir. Yutub sosial platformasına yerləşdirilən kliplərini isə milyardlarla insan izləyir. 

BAKU.WS Şakiranın həyatından heç kəsə məlum olmayan bəzi faktları təqdim edir:

Məktəb xorundan qovulub

İbtidai sinifdə oxuyarkən Şakira xora qəbul edilmir, çünki müəllim onun səsinin keçi səsi ilə eyni olduğunu düşünür. Yaşıdları deyirdilər ki, o, keçi kimi oxuyur. Buna baxmayaraq xordan qovulan Şakira sənətçi olmaq uğrunda apardığı mübarizəni davam etdirir, o, mahnılar yazmağa və solo çıxışlar etməyə başlayır.

Daha sonra 13 yaşlı müğənni səsyazma studiyası ilə müqavilə imzalayır. Lakin ilk iki albom ona uğur gətirmir. Prodüserlər Şakiranın qarşısında şərt qoyurlar: ya ikinci  albom uğurlu olacaq, ya da onunla vidalaşacaqlar. 18 yaşlı ifaçının "Pies Descalzos" adlı albomu dünyaya səs salır. HIT paradlarda ilk yerə sahib olur.

Ona göbək rəqsini nənəsi öyrədib

Şakirada Livan, Kolumbiya və italyan qanı axır. Onun nənə və babası Livandan Nyu-Yorka köçüb. Müğənni Kolumbiyada doğulub, ailədə səkkiz uşaq olublar. Livanlı nənəsi gələcəkdə ulduz olacaq nəvəsinə Şərq rəqsini öyrədib. İndi Şakiranın hərəkətlərinə və plastikliyinə dünyadakı bütün ulduzlar həsəd aparır.

Müğənni beş dil bilir

Şakira doğma ispan dilindən başqa ingilis, portuqal, ərəb və italyan dillərində də sərbəst danışa bilir. Müğənninin IQ səviyyəsi 140-dır. Belə səviyyədə intellektə adətən yaradıcı şəxsiyyətlər malik olur. Bu insanlar yer kürəsi əhalisinin yalnız 0,2%-ni təşkil edir ki, onlar da müxtəlif elm sahələrində fəaliyyət göstərir.

Şakira ərindən 10 yaş böyükdür

Müğənni 2010-cu ildən futbolçu Jerar Pike ilə evlənib. O, sevgilisindən 10 yaş böyükdür. Hazırda cütlüyün iki oğlu var. Şakira sosial şəbəkələrdən aktiv istifadə edir. Onun 71.5 milyon izləyicisi olan instaqram hesabı var. 

BAKU.WS