SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla” verilişinə maraqlı açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, müğənni layihələri üçün maliyyə tapmadığını dilə gətirib.
 
"Bank yarardım, bütün layihələrimi həyata keçirərdim. Sonra da deyərdim ki, məni həbs edə bilərsiz”,- söyləyən A.Kazımova gah bank yarmaq sevdasına düşüb, gah da varlı qonşularından söhbət açıb:
 
"Mənim elə gözəl qonşularım var ki... Yəni onlardan birinin evinə oğurluğa girsəm, bəsimdir”.

Xalq artistinin yarızarafat-yarıciddi açıqlamalarının səbəbi isə yarımçıq qalan Türkiyə layihəsi və Gürcüstanda çəkiləcək klipidir:
 
"Nə yalan danışım. Layihələrimi həyata keçirmək üçün maliyyə lazımdır. Hazırda düşünürəm ki, necə edim, bu layihələrimi reallaşdırım. Hətta "Seni böyle sevmediler” mahnısının klipində nəzərdə tutulmuş süpürgəçi obrazını Cennifer Lopez "Ain't Your Mama” klipində canlandırıb.  O da bizim ssenarimiz idi”.
 
Aysel.Ş
BAKU.WS