SİZİN REKLAM BURADA!
055 213 76 73



Model və aparıcı Dəniz Akkaya verilişində müğənni Murad Bozla bağlı iddialar səsləndirib.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, Akkaya keçən proqramlardan birində "Tarkanın yüzlərlə mahnısını əzbər bilirəm, amma Muradın yox” demişdi.
Onun bu sözlərinin ardından M.Bozun mətbuat katibi Mürvet Uç Akkayaya mesaj yazaraq Tarkanı təhqir edib, onu xalqı özündən aşağıda görməkdə ittiham edib.
 
Akkaya mesajları yayımlayaraq Tarkan haqqında "Seçdiyi fərqli münasibətləri..." ifadəsinin üzərində dayanıb. O, bunun Murad Boz cəbhəsindən Tarkana "homoseksual" ittihamı olduğunu bildirib.
 
Qeyd edək ki, M.Boz uzun illər Tarkanın vokalçısı kimi çıxış edib.
 
BAKU.WS