SİZİN REKLAM BURADA!
055 213 76 73



Yeni il ərəfəsində "Victoria's Secret” brendinin növbəti video-çarx təqdim olunub.
 
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, video-çarxda brendin yeni bayram kolleksiyası nümayiş etdirilib. 

"A very private affair” şüarı ilə təqdim olunan videoda Elza Hosk, Stella Maksvell, Jasmin Tuks, Teylor Hill, Sara Sampayo, Romi Streyd və Jozefina Skriver kimi məşhur modellər iştirak ediblər. 

Parisdə lentə alınan kiçik filmin olduqca maraqlı süjet xətti var. Nağılsayağı ab-hava yaratmağa çalışan "mələklər” seksual görünüşləri ilə diqqət çəkirlər. 

Qeyd edək ki, "Victoria's Secret Fashion Show 2016” noyabrın 3-da reallaşacaq. Şou dekabrın 5-də yayımlanacaq.  

Aytən.H
BAKU.WS
]