SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsində müalicə alan xalq artisti Muxtar Maniyevin vəziyyəti normallaşıb.

BAKU.WS xəbər verir ki, bu barədə M.Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva APA-ya açıqlamasında deyib.

"Hiss olunur ki, onun səhhətində irəliləyiş var. Həkimlər sağ olsunlar, əllərindən gələni etdilər. Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Hikmət Həsənov, Muxtarın həkimi Fəzilə Xalıqova böyük əziyyət çəkdilər, mən onlara minnətdarlığımı bildirirəm. Muxtarda qanazlığı var idi, aradan qaldırıldı. Huşu özündədir. Düzdür, hələ ki, reanimasiya şöbəsindədir, amma istəyirik, yaxın günlərdə evə aparaq”, - deyə aktyorun xanımı bildirib.
 
Qeyd edək ki, M. Maniyevin səhhəti sentyabrın 2-də pisləşib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.

BAKU.WS