SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktyor Elşən Orucovun aparıcılığını etdiyi "Fəlidən doğru xəbər" verilişinin yeni mövsümünə start verilib. 

BAKU.WS xəbər verir ki, reytinqli layihə bu dəfə də "Xəzər TV" efirində tamaşaçılara təqdim olunacaq. 

Mövsümün ilk buraxılışında uzun müddətdir efirlərdə və filmlərdə birlikdə görünməyən aktyorlar Müşfiq Şahverdiyev, Elməddin Cəfərov və Fərda Xudaverdiyev yer alacaqlar. Onlar uzun illərdən sonra məhz "Fəlidən doğru xəbər"də bir araya gələcəklər. 

Əyləncəli proqramın musiqili qonağı isə müğənni Günel Zeynalova olacaq. Sənətçi veriliş zamanı sevilən hitlərini səsləndirəcək.

Proqram hər mövsüm olduğu kimi yenə də yeni rubrikalarla tamaşaçılar qarşısına çıxacaq. Layihə əvvəlkindən də maraqlı və daha baxımlı olacaq.

Yeniliklərlə dolu "Fəlidən doğru xəbər"in ilk buraxılışı sabah 20:00-da "Xəzər TV"də nümayiş olunacaq.

Məlumat üçün bildirək ki, komediya verilişi 2020-ci ildən "Xəzər" televiziyasında yayımlanır.

BAKU.WS
VİDEO