13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Mətbuatda müğənni Orxan Babazadənin evləndiyi ilə bağlı xəbərlər yayılıb. 

BAKU.WS xəbər verir ki, sənətçinin iki gün əvvəl özünə toy etdiyi iddia edilib.

Məlumatı dəqiqləşdirmək üçün sənətçinin özü ilə əlaqə saxladıq. BAKU.WS-ə açıqlama verən sənətçi yayılan xəbərlərin əsassız olduğunu deyib.

"Belə bir şey yoxdur. Deyilənlər absurddur. Mən evlənməmişəm. Toy etməmişəm. Sadəcə haqqımda reklam xarakterli xəbərlər yayılıb".

Qeyd edək ki, sənətçi aparıcı Zaur Kamalın verilişinə qonaq olan zaman yaxın vaxtlarda toy edəcəyini, şad gününün Türkiyədə baş tutacağını bildirmişdi.

Orxan Babazadənin atası şou əhlinin də yaxından tanıdığı Baba adlı tanınmış iş adamıdır.

BAKU.WS